İlham Əliyev BMT-nin baş katibi ilə Qarabağ münaqişəsinin hazırkı vəziyyətini müzakirə edib

İlham Əliyev BMT-nin baş katibi ilə Qarabağ münaqişəsinin hazırkı vəziyyətini müzakirə edib Müzakirə telefon söhbəti zamanı baş tutub
Qarabağ
23 Aprel , 2016 21:01
İlham Əliyev BMT-nin baş katibi ilə Qarabağ münaqişəsinin hazırkı vəziyyətini müzakirə edib

Bakı. 23 Aprel. REPORT.AZ/ Bu gün BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müəyyən qlobal hadisələr səbəbindən iştirak edə bilməyəcəyi ilə bağlı təəssüfləndiyini bildirib, Forumun işinə uğurlar arzulayıb və tədbir zamanı videomüraciətini səbirsizliklə gözlədiyini söyləyib.

Prezident İlham Əliyev telefon zənginə görə minnətdarlığını bildirib, ölkəmizin BMT ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi