Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi tarix və məkan məlum olub

Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi tarix və məkan məlum olub Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 18-də Bernə işgüzar səfərə gedəcək
Qarabağ
17 Dekabr , 2015 11:59
Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi tarix və məkan məlum olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü baş tutacaq. 

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

"Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 18-də Bernə (İsveçrə) işgüzar səfərə gedəcək. Dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi