Bakı. 27 aprel. REPORT.AZ/ İranın müdafiə naziri Hüseyn Dehqani Moskvada Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Konfrans çərçivəsində keçirilib.
Tərəflər təmas xəttində gərginliyin artmasından "narahat olduqlarını" vurğulayıblar.
Nazirlər İslam Respublikası ilə Ermənistan arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini və perspektivini də müzakirə ediblər.
Qeyd edək ki, konfransda Azərbaycanı müdafiə nazirinin müavini Kərim Vəliyev təmsil edir.