​İlham Əliyev: "Ermənistan müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır"

​İlham Əliyev: "Ermənistan müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır" "Ermənistan tərəfi sülh istəmir"
Qarabağ
25 Noyabr , 2015 01:21
​İlham Əliyev: Ermənistan müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır

Bakı. 25 noyabr. REPORT.AZ/ "Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı son illər ərzində böyük uğurların əldə edildiyini, lakin həll olunmamış, həllini gözləyən problemlərin də olduğunu bildirib:

"Biz öz fəaliyyətimizi bu problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Əlbəttə ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun".

İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib:

"Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir"

O bildirib ki, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır.

"Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.

Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul ediblər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir", - deyə İlham Əliyev diqqətə çatdırıb.

Prezident bildirib ki, münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər.

Son xəbərlər

Orphus sistemi