​İlham Əliyev: "Azərbaycan tezliklə Qarabağ münaqişəsinin həlli üzrə mənalı danışıqların başlanmasını gözləyir"

​İlham Əliyev: "Azərbaycan tezliklə Qarabağ münaqişəsinin həlli üzrə mənalı danışıqların başlanmasını gözləyir" "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil"
Qarabağ
27 May , 2016 22:12
​İlham Əliyev: Azərbaycan tezliklə Qarabağ münaqişəsinin həlli üzrə mənalı danışıqların başlanmasını gözləyir

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi, substantiv danışıqların başlanmasını gözləyir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni, mənalı danışıqlar başlasın", - deyə dövlət başçısı bildirib.

Bununla yanaşı o qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil.

"Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Başqa yol yoxdur. BMT-nin dörd qətnaməsi yerinə yetirilməlidir", - deyə Azərbaycan prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi