Fomin: "Rusiya Azərbaycan və Ermənistana silah tədarükündə pariteti qoruyur"

Fomin: "Rusiya Azərbaycan və Ermənistana silah tədarükündə pariteti qoruyur" "Rusiya əsas silah sistemlərinın sayında və keyfiyyətində pariteti qorumaq üçün səy göstərir"
Qarabağ
18 İyul , 2016 09:33
Fomin: Rusiya Azərbaycan və Ermənistana silah tədarükündə pariteti qoruyur

Bakı. 18 iyun. REPORT.AZ/ "Rusiya iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə Azərbaycan və Ermənistana hərbi texnika təchizatı zamanı pariteti qorumağa çalışır".

"Report" xəbər verir ki, bunu "İzvestiya" qəzetinə müsahibəsində Rusiyanın Hərbi-Texiniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) başçısı Aleksandr Fomin deyib.

"Münaqişələr hansısa bir tərəfin yaxşı və ya pis silahlanmasına görə başlamır. Bununla belə, paritetə çalışmaq lazımdır. Rusiya da həm mütləq baxımdan, həm də əsas silah sistemlərinın sayında və keyfiyyətində pariteti qorumaq üçün səy göstərir", - deyə A.Fomin bildirib.

Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlığın əsas məqsədi konkret ölkədə, regionda və ümumilikdə dünyada sülh və sabitliyi qorumaqdır.

Son xəbərlər

Orphus sistemi