Bakı. 4 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda azərbaycanlı deputatlar Səməd Seyidov və Asim Mollazadə ilə görüşüb. "Report" C.Uorlikin twitter səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, S.Seyidov və A.Mollazadə "The Washington Times" tərəfindən təşkil olunan Azərbaycan və ABŞ ikitərəfli münasibətlərinə dair konfransda iştirak etmək üçün Vaşinqtona səfər ediblər.