​Həmsədrlər Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə təmas xəttindəki vəziyyəti müzakirə ediblər

​Həmsədrlər Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə təmas xəttindəki vəziyyəti müzakirə ediblər Nazirlər Minsk qrupu ilə birgə prezidentlərin görüşünə hazırlığın davam etdirilməsi barədə razılığa gəliblər
Qarabağ
27 Sentyabr , 2015 00:19
​Həmsədrlər Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə təmas xəttindəki vəziyyəti müzakirə ediblər

Bakı. 27 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla Nyu-Yorkda keçirilən görüşün yekunlarına dair bəyanat yayıblar.

"Report"un verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, vasitəçilər nazirlər ilə təmas xəttindəki vəziyyəti və etimadın yaradılması ilə bağlı tədbirləri müzakirə ediblər.

Nazirlər bu ilin sonunadək keçirilməsi planlaşdırılan prezidentlərin növbəti görüşünə hazırlıq işlərini həmsədrlərlə davam etdirmək barədə razılıq əldə ediblər.

"Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini ATƏT-in atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə mexanizmini qəbul etməyə çağırıblar", - deyə bəyanatda qeyd olunur.

Vasitəçilər son sutka ərzində əlavə itkilərə gətirib çıxaran artilleriya tətbiqini pisləyiblər.

Son xəbərlər

Orphus sistemi