Həmədani: "İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq"

Həmədani: "İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq" "İndiki dövrdə müsəlmanların vəhdəti əvvəlki dövrlərdən daha çox əhəmiyyət kəsb edir"
Qarabağ
1 Sentyabr , 2015 14:47
Həmədani: İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Qarabağ Azərbaycanın qədim torpağıdır, inanıram ki, bu torpaq tez bir zamanda işğaldan azad olunacaq".

"Report"un məlumatına görə, bunu İran İslam Respublikasının tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani deyib.

O, qədim tarixə malik ölkədə - Azərbaycanda olmasından çox şad olduğunu qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyevə, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məni ölkəyə dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm".

Həmədani bildirib ki, İslam dini bərabərlik, həmrəylik dinidir: "Mən Azərbaycanda bu bərabərliyi, həmrəyliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti əvvəlki dövrlərdən daha çox əhəmiyyət kəsb edir".

Son xəbərlər

Orphus sistemi