​Gürcüstanın hərbi rəsmisi: "Münaqişənin dinc yolla həlli bütünlükdə bölgəyə lazımdır"

​Gürcüstanın hərbi rəsmisi: "Münaqişənin dinc yolla həlli bütünlükdə bölgəyə lazımdır" "Mümkün olarsa, münaqişə edən tərəflər arasında vasitəçiliyi üzərimizə götürməliyik"
Qarabağ
4 Aprel , 2016 12:00
​Gürcüstanın hərbi rəsmisi: Münaqişənin dinc yolla həlli bütünlükdə bölgəyə lazımdır

Bakı. 4 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ancaq Azərbaycan və Ermənistana deyil, bütün regiona lazımdır".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Vaxtanq Kapanadze "Rustavi 2" telekanalına müsahibəsində bildirib.

"Əgər mümkün olarsa, o zaman biz münaqişə edən tərəflər arasında vasitəçiliyi üzərimizə götürməliyik. Çünki həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətdə olan ölkələrdənik", - qərargah rəisi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi