Gürcüstanın Dövlət Agentliyinin sədri: “Təəssüflər olsun ki, qonşularımızı biz özümüz seçməmişik”

Gürcüstanın Dövlət Agentliyinin sədri: “Təəssüflər olsun ki, qonşularımızı biz özümüz seçməmişik” “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
Qarabağ
11 Aprel , 2016 14:14
Gürcüstanın Dövlət Agentliyinin sədri: “Təəssüflər olsun ki, qonşularımızı biz özümüz seçməmişik”

Tbilisi. 11 aprel. REPORT.AZ/ “20 Yanvar Azərbaycan, 9 Aprel gürcü xalqlarının şərəf və ləyaqət tarixidir. Şəhidlərimizin qanı bahasına müstəqilliyimizi qazandıq. İndi də Azərbaycan və Gürcüstan müstəqil dövlətdirlər və demokratik inkişaf yolunda inamla addımlayırlar. Amma təəssüf olsun ki, ciddi problemlərimiz də var. Hər iki dövlətin ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal olunub. İnsanlar doğma yurd-yuvalarından zorla didərgin düşüblər. Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində atəşkəs yenidən pozulub. Çoxlu insan tələfatı var. Azərbaycan Prezidenti müdrik və praqmatik siyasətçi kimi bu hadisələrə öz münasibətinə bildirdi. Biz Azərbaycan Prezidentinin mövqeyini yüksək qiymətləndiririk. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.

Bunu "Report"a müsahibəsində Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze deyib.

Komitə sədr bildirib ki, Gürcüstan və Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyada tolerant ölkə nüfuzu qazanıblar: "Bizim ölkələrimizdə insanlar dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqludurlar. Onlara qarşı heç bir ayrı-seçkilik tətbiq olunmur. Lakin təəssüflər olsun ki, elə bu iki ölkənin də əraziləri işğal olunub. Biz bu gün də müəyyən problemlər yaşayırıq”.

Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi əməliyyatlardan Gürcüstan dövləti, hökuməti və ictimaiyyətinin də ciddi narahat olduğunu vurğulayan Z.Vaşaqmadze deyib: “Biz bu müharibənin daha da genişlənməsini istəmirik. Hətta öz ərazilərimizin də sülh yolu ilə azad olunmasına çalışırıq. Ona görə də öz ərazimizdə, paytaxt Tbilisidə tərəflərin görüşünü təşkil etməyə hazırıq və bununla bağlı hər iki tərəfə müraciət etmişik. İstəyirik ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik, bərabərlik və firavanlıq olsun. Azərbaycan bizim yaxın dostumuz, strateji tərəfdaşımızdır. Ermənistan da dost ölkədir. Qonşular arasında münaqişə heç kimə fayda gətirmir. Çalışmalıyıq ki, qonşularla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayaq. Lakin təəssüflər olsun ki, qonşularımızı biz özümüz seçməmişik”.

Son xəbərlər

Orphus sistemi