Bakı. 11 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səyləri dəstəklədiyini bildirib.
"Report" xəbər verir ki, o bu bəyanatla Ermənistanda keçirdiyi görüşlərin yekununda çıxış edib.
"Aİ Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun aparıcı rolunu tanıyır və danışıqların fəallaşmasına bu formatda öz töhfəsini verməyə hazırdır", - deyə o bildirib.