Tərtər, Füzuli rayonlarında partlamamış top və raket mərmiləri aşkarlanıb - FOTO

Tərtər, Füzuli rayonlarında partlamamış top və raket mərmiləri aşkarlanıb - FOTO Füzuli rayonunda top və raket mərmiləri aşkarlanıb
Qarabağ
30 May , 2016 20:56
Tərtər, Füzuli rayonlarında partlamamış top və raket mərmiləri aşkarlanıb - FOTO

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. ANAMA-dan “Report”a verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və 14 000 kv. m ərazi yoxlanılıb.

DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən Cəmilli kəndində 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçrilib və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

Cəmi 3 ev və həyatyanı sahə, 1 əkin sahəsi, 11 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 22 000 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonunun Hacılar kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib,13 000 kv. m ərazi yoxlanılıb.

Cəmi 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 13 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində 6 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 120 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) nəticə etibarı ilə 3 016 kv. m ərazi yoxlanılıb.

Cəmi 6 otlaq sahəsi, 6 partlayış yeri aşkar edilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) və nəticə etibarilə 3 016 kv. m ərazi təmizlənib.

30 May tarixində 3 ev və həyətyanı sahə, 9 əkin sahəsi, 20 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd qrad raketinin mühərrik hissəsi, 2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 38 016 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 30 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 543 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1477 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi