​Fransanın dövlət katibi: "Dağlıq Qarabağdakı status-kvo artıq qəbuledilməzdir"

​Fransanın dövlət katibi: "Dağlıq Qarabağdakı status-kvo artıq qəbuledilməzdir" "Münaqişənin bərpası riski qaldığından, beynəlxalq təhlüksizlikdən danışmaq mümkün deyil"
Qarabağ
25 Aprel , 2016 16:38
​Fransanın dövlət katibi: Dağlıq Qarabağdakı status-kvo artıq qəbuledilməzdir

Bakı. 25 aprel. REPORT.AZ/ "Qənaətimizcə, Dağlıq Qarabağdakı stutus-kvo gərginliyi artırdığı və münaqişəni bərpa etdiyi üçün artıq qəbuledilməzdir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir Yerevanda jurnalistlərə açıqlamasında bildirib.

"Bizim yanaşmamız belədir - münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar", - deyə o söyləyib.

Fransa rəsmisi son zamanlar Yaxın Şərqdən qaçqın axınına da toxunub: "Yaxın Şərqdə münaqişələr davam etdikcə orada ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Bölgədə Dağlıq Qarabağ münaqişəsinin bərpası riski qaldığından, beynəlxalq təhlükəsizlikdən danışmaq mümkün deyil. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransa münaqişənin dinc yolla həlli üçün bütün imkanlarından istifadə edəcək".

Son xəbərlər

Orphus sistemi