Fransanın ATƏT-dəki səfiri: "ATƏT-in Minsk qrupu vasitəçilik üçün yeganə formatdır"

Fransanın ATƏT-dəki səfiri: "ATƏT-in Minsk qrupu vasitəçilik üçün yeganə formatdır" Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla və hərtərfəli nizamlanmasına nail olmaq üçün fəaliyyətini davam etdirəcək
Qarabağ
11 Fevral , 2016 17:03
Fransanın ATƏT-dəki səfiri: ATƏT-in Minsk qrupu vasitəçilik üçün yeganə formatdır

Bakı. 11 fevral. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu vasitəçilik üçün yeganə formatdır. Bu formatı münaqişə tərəfləri qəbul edir və bütün iştirakçı dövlətlər ona tam etimad göstərir".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin (Rusiya, ABŞ və Fransa) adından yayılmış və bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclasında Fransanın ATƏT-dəki səfiri Veronik Roje-Lakan tərəfindən oxunan birgə bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında müntəzəm əlaqələrin saxlanılması, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə sıx əməkdaşlıq vəziyyətin sabitləşməsinə öz töhfəsini verir. Vurğulanır ki, bu amillər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində ölümcül nəticələr verən atəşkəs rejiminin tez-tez pozulması kontekstində xüsusilə vacibdir.

V.Rojer-Lakan həmçinin tərəflər arasında etimad tədbirlərinin gücləndirilməsi, o cümlədən təmas xəttində insidentlərin qarşısının alınması və araşdırılması mexanizminin yaradılmasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini qeyd edib.

"Həmsədrlər Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək olan Avropa İttifaqı və BMT kimi beynəlxalq və regional təşkilatları məlumatlandırmaqda davam edir. Həmsədrlər münaqişənin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün prosesdə iştirakına davam edəcək" - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi