Fransa XİN başçısı: "Paris Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır"

Fransa XİN başçısı: "Paris Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır" "Sergey Lavrov Sankt-Peterburqdakı danışıqların nəticələri barədə mənə məlumat verdi"
Qarabağ
29 İyun , 2016 17:37
Fransa XİN başçısı: Paris Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır

Bakı. 29 iyun. REPORT.AZ/ "Fransa Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro Parisdə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

"Biz, həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan dövlət başçıları ilə Sankt-Peterburqdakı danışıqlarının nəticələri barədə mənə məlumat verdi. Mən isə öz əvəzimdən xatırlatdım ki, biz Parisdə yeni müzakirələr üçün platforma təmin edə bilərik", - deyə J.-M.Eyro bildirib.

Son xəbərlər

Orphus sistemi