​Fransa və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib

​Fransa və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib Fransua Ollanda və Serj Sarqsyan Varşavada NATO sammiti çərçivəsində görüşüblər
Qarabağ
9 İyul , 2016 17:19
​Fransa və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib

Bakı. 9 iyul. REPORT.AZ/ Varşavada keçirilən NATO sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyan və Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

Ermənistan və Fransa prezidentləri Vyana və Sankt-Peterburq sammitləri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə tərəflər danışıqlar prosesinin davam etdirilməsi perspektivi ətrafında fikir mübədiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi