​Fransa səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşləri olacaq"

​Fransa səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşləri olacaq" Jan-Fransua Şarpante: "Sankt-Peterburq görüşünün yekun bəyanatında görüşün müntəzəm keçirilməsinin qeyd edilməsi çox vacib məsələdir"
Qarabağ
21 İyun , 2016 12:48
​Fransa səfiri: Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşləri olacaq

Bakı. 21 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ məsələsi ilə bağlı Sankt-Peterburqda keçirilən başqa görüşlərin də dünənki formatda baş tutacağı gözlənilir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpante iyunun 21-də keçirdiyi mətbuat konfransında Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirərkən deyib.

Səfir Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə də toxunub: "Niyə də yox. Biz Dağlıq Qarabağ məsələsi üzrə ölkəmizdə görüşün keçirilməsinə hazır olduğumuzu həmişə vurğulamışıq".

J.Şarpante prezidentlərin görüşünü etimadın yaranması baxımından yaxşı göstərici olaraq dəyərləndirib: "Sankt-Peterburq görüşünün yekun bəyanatında görüşün müntəzəm keçirilməsinin qeyd edilməsi çox vacib məsələdir". 

Son xəbərlər

Orphus sistemi