Bakı. 1 may. REPORT.AZ/ Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Fransa prezidenti Fransua Olandın Azərbaycana səfərindən bir neçə gün sonra baş tutmuş görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan
Fransa tərəfi bir daha Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirərək, ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinə və özünün vasitəçilik roluna sadiq qaldığını və Prezident Fransua Oland tərəfindən bu məsələyə bundan sonra da mühüm əhəmiyyət veriləcəyini təsdiqləyib.
Nazir Elmar Məmmədyarov Fransa rəhbərliyinin bu kontekstdə fəallığını yüksək qiymətləndirərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu sülh prosesini əngəlləyən əsas problem olduğunu və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həllinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması prinsipləri əsasında mümkün olduğunu bir daha vurğulayıb.