Fransa dövlət katibi: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlara qayıtmalıdırlar"

Fransa dövlət katibi: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlara qayıtmalıdırlar" "Danışıqlar son zamanlarda müşahidə etdiyimiz zorakılığın qarşısını almaq üçün zəruridir"
Qarabağ
25 Aprel , 2016 13:05
Fransa dövlət katibi: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlara qayıtmalıdırlar

Bakı. 25 aprel. REPORT.AZ/ Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqindən yayınmağa və danışıqlar prosesinə qayıtmağa çağırır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Yerevanda jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir bildirib.

"Mən danışıqların bərpa edilməsinin vacibliyi ilə bağlı mesaj gətirmişəm. Danışıqlar son zamanlarda müşahidə etdiyimiz zorakılığın qarşısını almaq üçün zəruridir. Biz gücdən istifadə etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyənləşdirmək prinsipi əsasında davamlı sülh yaratmaq üçün səylərimizi birləşdirməliyik", - deyə A.Dezir bildirib.

Fransa dövlət katibi, həmçinin qarşılıqlı inam mexanizmlərinin işlənib hazırlanmasının və təmas xəttindəki insidentlərin araşdırılması mexanizmlərinin texniki vasitələrinin tətbiqinin zəruriliyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi