Federika Mogerini Ermənistan XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Federika Mogerini Ermənistan XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Ali nümayəndə münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun səylərinə Avropa İttifaqının dəstək verdiyini bildirib
Qarabağ
1 Mart , 2016 18:34
Federika Mogerini Ermənistan XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 1 mart. REPORT.AZ/ Dağlıq Qarabağ münqişəsinin hərbi yolla həllinə dair bəyanatlar sülh prosesinə zərbə vurur və staus-kvonun uzanmasına səbəb olur.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlüksizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə ölkənin xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edərkən bildiriblər.

Ali nümayəndə münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun səylərinə Avropa İttifaqının dəstək verdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi