Ermənistan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşüb

Ermənistan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşüb Keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunub
Qarabağ
17 Oktyabr , 2014 17:02
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşüb
Bakı. 17 oktyabr. REPORT.AZ/ Ermənistan XİN rəhbəri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyət göstərən sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik ilə görüş keçirib. "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, Yerevanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müzakirə olunub. Həmçinin oktyabr ayının sonlarında Fransa prezidenin təşəbbüsü ilə keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, Yerevana səfərdən əvvəl vasitəçilər Bakıda olub, burada Azərbvaycanın prezidenti və XİN rəhbəri ilə görüşüblər. 

Son xəbərlər

Orphus sistemi