Ermənistan və Fransa XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq prosesini müzakirə ediblər

Ermənistan və Fransa XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq prosesini müzakirə ediblər Görüş Fransa prezidentinin təşəbbüsü ilə oktyabr ayının sonlarında Parisdə keçiriləcək
Qarabağ
8 Oktyabr , 2014 17:29
Ermənistan və Fransa XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq prosesini müzakirə ediblər
Bakı. 8 oktyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransanın XİN rəhbəri Loran Fabiusla Fransa prezidentinin təşəbbüsü ilə oktyabr ayının sonlarında Parisdə keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərinə hazırlıq prosesini müzakirə edib. "Report" Ermənistan XİN-in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir. 

"Bu kontekstdə Fransa və ATƏT-in Minsk qrupunun digər həmsədrləri - Rusiya və Birləşmiş Ştatların konstruktiv iştirakını yüksək qiymətləndirən Nalbandyan münaqişənin müstəsna olaraq sülh yolu ilə tənzimlənməsi istiqamətində birgə səylərin əhəmiyyətini vurğulayıb" - deyə, məlumatda qeyd olunub.

Ermənistan və Fransanın XİN rəhbərləri həmçinin ikitərəfli əməkdaşlıq və bir sıra regional və beynəlxalq məsələləri də müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi