Ermənistan parlamenti Qarabağın "müstəqilliyinin" tanınması haqqında qanun layihəsinin müzakirəsini ertələyib

Ermənistan parlamenti Qarabağın "müstəqilliyinin" tanınması haqqında qanun layihəsinin müzakirəsini ertələyib Parlament komissiyası qanun layihəsinin parlamentin plenar iclasının gündəliyinə daxil edilməsini məqsədəuyğun saymayıb
Qarabağ
30 Sentyabr , 2014 18:01
Ermənistan parlamenti Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəsini ertələyib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Ermənistan parlamenti rəsmi Yerevanın qondarma Dağlıq Qarabağ Respublikasını tanımasını nəzərdə tutan "Ermənistan və DQR-in təhlükəsizlik təminatının hərbi-siyasi prinsipləri haqqında" qanun layihəsinin müzakirəsini səs çoxluğu ilə iclasın gündəliyinə daxil etməkdən imtina edib. Bu barədə "Report" RİA Novosti-yə istinadən xəbər verir.

Həmin qanun layihəsi hələ 2009-cu ilin oktyabr ayında parlamentin müzakirəsinə çıxarılıb. O vaxtdan layihənin qəbulundan dəfələrlə imtina edilib. Deputatlar Dağlıq Qarabağın müstəqilliyinin qəbul edilməsindən imtina etmələrini Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesinə zərər verməmək arzusu ilə əsaslandırırlar. 

"Xarici əlaqələr üzrə daimi parlament komissiyası qanun layihəsinin parlamentin plenar iclasının gündəliyinə daxil edilməsini məqsədəuyğun saymayıb" - deyə, Ermənistan parlamentinin spikeri Qalust Saakyan bildirib. 

Qanun layihəsinin rəhbəri, deputat Zarui Postancyan da həmin məsələnin müzakirəsini daha bir il müddətinə ertələməyə razılıq verib. 

Son xəbərlər

Orphus sistemi