Ermənilərin girov götürdüyü 15 yaşlı azərbaycanlının azad edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunub

Ermənilərin girov götürdüyü 15 yaşlı azərbaycanlının azad edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunub Dövlət Komitəsi 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi ilə bağlı bəyanat yayıb
Qarabağ
11 Sentyabr , 2014 16:03
Ermənilərin girov götürdüyü 15 yaşlı azərbaycanlının azad edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunub
Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, UNICEF və digər beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat yayıb.

Komitədən Report-a verilən məlumata görə, bəyanatda girov götürülmüş uşağın taleyindən dərin narahatlıq ifadə olunub və azyaşlı Cavid Məmmədovun tezliklə azad olunması tələb edilib.

"UNICEF və aidiyyəti beynəlxalq təşkilatları baş verənlərə laqeyd qalmamağa, Cavid Məmmədovun taleyi ilə yaxından maraqlanmalarına, girovun tezliklə geri qaytarılması istiqamətində səylərinin gücləndirilməsini istəyirik" - deyə, bəyanatda vurğulanıb.

Xatırladaq ki, sentyabrın 5-də Tərtər rayonundan olan 15 yaşlı Cavid Samir oğlu Məmmədov təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb

Son xəbərlər

Orphus sistemi