Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub Qarşı tərəf cavab atəşi ilə susdurulub
Qarabağ
29 Avqust , 2014 10:30
Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub

Bakı. 29 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan mövqelərini atəşə tutublar. 

Bu barədə Report-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Ağdam rayonunun Şuraabad, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi