Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
13 Oktyabr , 2014 09:50
Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
Bakı. 13 oktyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan müdafiə nazirliyindən bildirilib.

Məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan mövqelərini atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi