Bakı. 6 fevral. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Pyer Andryö və İqor Popov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Münhendə görüşüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə ediblər.
Məlumata görə, onlar qoşunların təmas xətti və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı da danışıblar.
Xatırladaq ki, görüş fevralın 5-də keçirilib.