​Ermənistanın baş hərbi həkimindən yarımçıq etiraf: "Bəzi hərbçilərin hər iki ayağı amputasiya edilib"

​Ermənistanın baş hərbi həkimindən yarımçıq etiraf: "Bəzi hərbçilərin hər iki ayağı amputasiya edilib" O, yaralıların tam sayını açıqlamayıb
Qarabağ
7 Aprel , 2016 15:53
​Ermənistanın baş hərbi həkimindən yarımçıq etiraf: Bəzi hərbçilərin hər iki ayağı amputasiya edilib

O, yaralıların tam sayını açıqlamayıb

Bakı. 7 aprel. REPORT.AZ/ "Ermənistan Müdafiə Nazirliyinin Yerevandakı mərkəzi klinikasında hazırda 32 yaralı müalicə olunur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyi Səhiyyə İdarəsinin rəisi, polkovnik Kamo Xaçaturyan etiraf edib.

Onun sözlərinə görə, klinikada bir qayda olaraq orta, orta-ağır və ağır yaralılar müalicə olunur: "Bu günədək 4 hərbçinin yuxarı və aşağı ətrafı amputasiya edilib. Bəzi hərbçilərin hər iki ayağı kəsilib".

Kamo Xaçaturyan yaralıların sayını açıqlamadan əlavə edib: "Yaralıların qalanı Ermənistan qarnizonlarının hospitallarında yerləşdiriliblər".

Son xəbərlər

Orphus sistemi