Ermənistanda saxlanılan azərbaycanlı girovlar öz ailələri ilə "Skype"la danışa biləcəklər

Ermənistanda saxlanılan azərbaycanlı girovlar öz ailələri ilə "Skype"la danışa biləcəklər İsveçrənin Cenevrə şəhərində azərbaycanlı girovların vəziyyəti müzakirə olunub
Qarabağ
8 Fevral , 2016 16:45
Ermənistanda saxlanılan azərbaycanlı girovlar öz ailələri ilə Skypela danışa biləcəklər

Bakı. 8 fevral. REPORT.AZ/ "Ermənistanda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ailələri ilə "Skype" vasitəsilə görüntülü danışa biləcəklər". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov bildirib.

Baş nazirin müavini qeyd edib ki, İsveçrənin Cenevrə şəhərində bir sıra görüşlər keçirib və azərbaycanlı girovların vəziyyəti müzakirə olunub: "Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerlə görüş zamanı Ermənistanda girovluqda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun müasir kommunikasiya imkanlarından istifadə etməklə öz ailə üzvləri ilə birbaşa təmas qura bilməsi üçün kömək göstərilməsini xahiş etdim. Yaxın günlərdə internet üzərindən azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ailələri ilə "Skype" vasitəsilə canlı video bağlantı quracaqlar".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycanda saxlanılan erməni əsirlərlə dəfələrlə dəyişmək istəsə də, Ermənistan tərəfi buna razılıq verməyib.

Son xəbərlər

Orphus sistemi