​Ermənistan Tərtər və Ağdamın yaşayış məntəqələrini haubitsalardan atəşə tutub - RƏSMİ MƏLUMAT

​Ermənistan Tərtər və Ağdamın yaşayış məntəqələrini haubitsalardan atəşə tutub - RƏSMİ MƏLUMAT Azərbaycan Ordusu düşmənin hərbi obyektlərinə adekvat cavab zərbələri endirib
Qarabağ
28 Aprel , 2016 07:32
​Ermənistan Tərtər və Ağdamın yaşayış məntəqələrini haubitsalardan atəşə tutub - RƏSMİ MƏLUMAT

Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Son xəbərlər

Orphus sistemi