Ermənistan ordusunun əsgəri itkin düşüb

Ermənistan ordusunun əsgəri itkin düşüb Onun axtarışı BQXK vasitəsilə aparılır
Qarabağ
11 Aprel , 2016 03:22
Ermənistan ordusunun əsgəri itkin düşüb

Bakı. 11 aprel. REPORT.AZ/ Ermənistan aprelin 2-də Azərbaycanla təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş əsgərini axtarır.

"Report"un məlumatına görə, bu haqda İrəvandakı "Şant" telekanalına Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Oqanesyan xəbər verib.

Mətbuat katibinin sözlərinə görə, aprelin 2-də baş vermiş hərbi əməliyyatlarda itkin düşmüş bir erməni hərbçisi hələ tapılmayıb. Onun axtarışı Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə aparılır.

Arçrun Oqanesyan bildirib ki, 18 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib.

Son xəbərlər

Orphus sistemi