​Ermənistan Müdafiə Nazirliyi səfərbərliklə bağlı xəbərləri təkzib edib

​Ermənistan Müdafiə Nazirliyi səfərbərliklə bağlı xəbərləri təkzib edib Artsrun Ovannisyan: "Gərginlik Ermənistan ictimaiyyətində şaiyələrin yayılmasına və vahimənin yaranmasına səbəb olub"
Qarabağ
2 Aprel , 2016 15:50
​Ermənistan Müdafiə Nazirliyi səfərbərliklə bağlı xəbərləri təkzib edib

Bakı. 2 aprel. REPORT.AZ/ Ermənistan ərazisində hərbi səfərbərliyin elan olunması haqda xəbərlər həqiqəti əks etdirmir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginlik Ermənistan ictimaiyyətində şayiələrin yayılmasına və əhalinin vahimələnməsinə səbəb olub.

Mətbuat katibi səfərbərliklə bağlı yayılan xəbərləri də şayiə adlandıraraq təkzib edib. 

Son xəbərlər

Orphus sistemi