​Ermənistan hökuməti qondarma rejimin tanınması haqda layihəni parlamentə göndərib

​Ermənistan hökuməti qondarma rejimin tanınması haqda layihəni parlamentə göndərib Bu haqda Ermənistan KİV-i məlumat yayıb
Qarabağ
5 May , 2016 11:06
​Ermənistan hökuməti qondarma rejimin tanınması haqda layihəni parlamentə göndərib

Bakı. 5 may. REPORT.AZ/ Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublika"sının tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək, parlamentə göndərib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Məlumatda bildirilir ki, bu məsələnin Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar iclasında müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, mayın 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib. N.Məmmədov bildirib ki, bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır: "Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər".

Son xəbərlər

Orphus sistemi