Bakı. 11 aprel. REPORT.AZ/
O qeyd edib ki, erməni xalqının sayı artmır: "Xalq durmadan istər Qarabağ ərazilərindən, istərsə də Ermənistandan çıxaraq digər ölkələrə üz tutur. Bu, artıq Ermənistan üçün böyük təhlükədir".
Z.Oruc deyib ki, ermənilər çox yaxşı dərk edirlər ki, Dağlıq Qarabağ məsələsində hər hansı bir razılığa gəlməlidirlər: "Onların parlamentlərində də bu məsələ müzakirəyə çıxarılıb. Amma hələ indiyə qədər heç ermənilər də bu suala cavab tapa bilməyiblər ki, Azərbaycanla hansı razılığa gəlsinlər. Əgər Ermənistan tərəfi sülh istəmirsə, məsələni müharibə yolu ilə həll etməlidir. Müharibədə isə iqtisadi imkanlar çox önəmli rol oynayır. Çünkü müharibə böyük pulların hesabına aparılır. Ermənilər isə bu imkana sahib deyil, ümumi büdcələri 3,2 mld. dollardır, 410 mln. dollar isə hərbi sektora ayrılan vəsaitdir. Azərbaycanın 4,4 milyard hərbi büdcəsi, digər valyuta ehtiyatları, sosial-iqtisadi imkanları, əhali resursu, 1 milyona yaxın 45 yaşına qədər ümumi səfərbərlik potensialı olan vətəndaşları qarşısında erməni tərəfi zəif olduğunu görür".
Millət vəkili onu da əlavə edib ki, müharibədə uğur iqtisadi imkanlarla yanaşı, həm də xalqla dövlətin birliyindən asılıdır: "Əslində, ermənilər bütün parametrlər üzrə müharibəyə hazır deyillər. Əgər dövlət və xalq arasında çox böyük uçurum varsa, bu, artıq müharibə üçün ziyana işləyən bir faktordur. 90-cı illərin eyforiyası arxada qalıb. O vaxt Sarkisyan, Koçaryan, Saakyan, Ohanyan vandalizmə, işğalçılığa çalışdıqları üçün erməni xalqının gözündə qəhrəman idilər və uzun müddət də bu qəhrəman libasında özlərini xalqa sırıya bildilər. Amma indiki gerçəkliklər onu göstərir ki, Ermənistanda xalqla hökümət arasında çox böyük nifrət var və münasibətlər çox gərgin şəkildədir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti