​Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib

​Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib Monitorinq insidentsiz başa çatıb
Qarabağ
5 May , 2015 12:40
​Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib

Bakı. 5 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçiriblər.

Son xəbərlər

Orphus sistemi