​Ermənistan Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

​Ermənistan Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub Düşmən, həmçinin 60 və 82 millimetrlik minaatanlardan istifadə edib
Qarabağ
23 Avqust , 2015 10:50
​Ermənistan Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Bakı. 23 Avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 173 dəfə pozub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, eləcə də Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi