Ermənilərin yaraladığı bacılardan birinin vəziyyəti ağırdır - FOTO

Ermənilərin yaraladığı bacılardan birinin vəziyyəti ağırdır - FOTO Mədinə Tanrıverdiyeva isə sağ qolundan yaralanıb
Qarabağ
1 Sentyabr , 2015 16:45
Ermənilərin yaraladığı bacılardan birinin vəziyyəti ağırdır - FOTO

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində yaralanan Müşkünaz Əliyeva vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. "Report" xəbər verir ki, yaralı qadın əməliyyat olunub.

M.Əliyeva qarın boşluğundan güllə yarası alıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

M.Əliyevanın bacısı Mədinə Tanrıverdiyeva isə Tərtər Rayon Mərkəzi Xəstəxanasındadır. Qadın sağ qolundan yaralanıb və vəziyyəti orta-ağırdır.

3 yaşlı Zəhra Əlizadə isə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi