Ermənilərin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib - RƏSMİ MƏLUMAT

Ermənilərin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib - RƏSMİ MƏLUMAT “Qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib”
Qarabağ
4 Aprel , 2016 13:05
Ermənilərin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib - RƏSMİ MƏLUMAT

“Qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib”

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

“Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi