Ermənilər Azərbaycanın işğal altındaki ərazilərində yenidən yanğın törədib - FOTO

Ermənilər Azərbaycanın işğal altındaki ərazilərində yenidən yanğın törədib - FOTO Tüstü 5-10 kilometr məsafədən aydın görünür
Qarabağ
31 May , 2015 19:27
Ermənilər Azərbaycanın işğal altındaki ərazilərində yenidən yanğın törədib - FOTO

Bakı. 31 May. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində yenidən geniş miqiyaslı yanğın törədiblər.

"Report" xəbər verir ki, Tərtər rayonunun cəbhəyanı kənd sakinlərinin sözlərinə görə, hazırda yanğın törədilmiş ərazidə tüstü müşahidə olunur.

Kənd sakiniərinin sözlərinə görə, ərazilərdə yanğınlar əsasən quru otlaq sahələrini əhatə edir. Tüstü 5-10 kilometr məsafədən aydın görünür. Yanğın qoşunların təmas xəttin doğru hərəkət edir.

Sakinlər bildirir ki, yanğın zamanı ekoloji tarazlıq pozulduğundan ərazilərdə olan heyvanlar, xususi ilə ilanlar cəbhə kəndlərinə üz tutur. 

Son xəbərlər

Orphus sistemi