Ermənilər Tərtər sakininin avtomobilini atəşə tutub

Ermənilər Tərtər sakininin avtomobilini atəşə tutub Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib
Qarabağ
9 İyul , 2015 15:24
Ermənilər Tərtər sakininin avtomobilini atəşə tutub

Bakı. 9 iyul. REPORT.AZ/ Ermənistan ordusu Tərtərin Qapanlı kəndini atəşə tutub. "Report" xəbər verir ki, ermənilərin atdığı güllələr təmas xəttinə yaxın yerləşən evlərə dəyib.

İri çaplı silahlardan atılan güllələrdən bir neçəsi kənd sakini Mübariz Həsənova məxsus "VAZ -2106" markalı avtomobilə dəyib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.  

Son xəbərlər

Orphus sistemi