Komitə sədri: "Ermənilər müsəlman abidələri kimi yəhudi və xristian məbədlərini də dağıdıb"

Komitə sədri: "Ermənilər müsəlman abidələri kimi yəhudi və xristian məbədlərini də dağıdıb" Biz məhz bu məsələləri dünya ictimaiyyətinə çatdırmaq istəyirik
Qarabağ
18 Fevral , 2015 12:03
Komitə sədri: Ermənilər müsəlman abidələri kimi yəhudi və xristian məbədlərini də dağıdıb

Bakı. 18 fevral. REPORT.AZ/ “Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin tarixi, dini və mədəni abidələrə qarşı törətdiyi vandalizmi, terrorzimi dünya ictimaiyyətinə çatdırmaq əsas məqsədlərimizdən biridir”.

“Report”un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İnsan Hüquqları İnstitutu ilə birgə keçirdiyi “İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” adlı konfransda DQİDK sədri Mübariz Qurbanlı bildirib.

“Azərbaycanın xarici diplomatiyasında da bu məsələ öz əksini tapıb. Azərbaycanın hücum diplomatiyası bu istiqamətdə ciddi uğurlar əldə etməkdədir, Heydər Əliyev Fondu da bu istiqamətdə xeyli işlər görür”, - o, əlavə edib.

M.Qurbanlı qeyd edib ki, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən çoxlu abidələr, məscidlər dağıdılıb: “Onların ümumi sayı 1000-ə yaxındır. Onların içərisində məscidlər, kitabxanalar və mədəniyyət ocaqları var. Bu dağıdılan abidələr içərisində yalnız müsəlman abidələri deyil, eyni zamanda yəhudi və xristian, alban məbədləri də var. Biz məhz bu məsələləri dünya ictimaiyyətinə çatdırmaq istəyirik”.

Son xəbərlər

Orphus sistemi