Ermənilər minaatan və iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 109 dəfə pozub

Ermənilər minaatan və iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 109 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
14 Avqust , 2015 09:27
Ermənilər minaatan və iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 109 dəfə pozub

Bakı. 14 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 109 dəfə pozub.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Cəvahirli, Şirvanlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi