Ermənilər iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 17 dəfə pozub

Ermənilər iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 17 dəfə pozub Bəzi adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub
Qarabağ
1 Avqust , 2016 09:37
Ermənilər iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 17 dəfə pozub

Bakı. 1 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi