​Ermənilər Azərbaycan əsgərini yaralayıb

​Ermənilər Azərbaycan əsgərini yaralayıb Müdafiə Nazirliyi: Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir
Qarabağ
30 Noyabr , 2015 11:44
​Ermənilər Azərbaycan əsgərini yaralayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Bu barədə “Report”a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Son xəbərlər

Orphus sistemi