MN: Erməni silahlı bölmələri atəşkəsi 128 dəfə pozub

MN: Erməni silahlı bölmələri atəşkəsi 128 dəfə pozub Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə 128 dəfə atəş zərbəsi endirib
Qarabağ
30 Aprel , 2016 07:56
MN: Erməni silahlı bölmələri atəşkəsi 128 dəfə pozub

Bakı. 30 aprel. REPORT.AZ/Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Sarıcalı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 128 dəfə atəş zərbəsi endirib. 

Son xəbərlər

Orphus sistemi