Erməni silahlı bölmələri atəşkəsi 12 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi 12 dəfə pozub Azərbaycan Silahlı Qüvvələrinin Qazax və Füzuli rayonlarındakı mövqeləri atəşə tutulub
Qarabağ
9 İyul , 2016 08:58
Erməni silahlı bölmələri atəşkəsi 12 dəfə pozub

Bakı. 9 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.  

Məlumata, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi