Erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

Erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub. Düşmən Qazax, Füzuli və Xocavənd istiqamətlərində atəş açıb
Qarabağ
3 İyul , 2016 09:09
Erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

Bakı. 3 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi