Erməni silahlı bölmələri atəşkəs rejimini 92 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 92 dəfə pozub Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib
Qarabağ
3 Dekabr , 2015 09:27
Erməni silahlı bölmələri atəşkəs rejimini 92 dəfə pozub

Bakı. 3 dekabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Talış, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Nəmirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi