Erməni silahlı bölmələri atəşkəs rejimini 27 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 27 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
20 Aprel , 2015 09:48
Erməni silahlı bölmələri atəşkəs rejimini 27 dəfə pozub

Bakı. 20 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi